Berlində Türkiyə-Rusiya QORXUSU: "NATO..."
Bizi izləyin

Dünya

Berlində Türkiyə-Rusiya QORXUSU: "NATO..."

Almaniyanın xarici işlər naziri Frank-Valter Steinmeier Türkiyə və Rusiya dövlətləri arasında əlaqələrin bərpa edilməsinə münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Frank-Valter Steinmeier “Bild” qəzetinə müsahibəsində Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının doğru addım olduğunu söyləyib.

Ancaq nazir deyib ki, Rusiya Türkiyə üçün NATO-ya alternativ ola bilməz.

"Türkiyə və Rusiyanın birgə hərbi ittifaq yaratması təhlükəsi nə dərəcədə realdır?” sualına isə Frank-Valter Steinmeier belə cavab verib: “Ötən il Türkiyənin Rusiyaya məxsus döyüş təyyarəsini vurmasından sonra yenidən iki ölkə arasında əlaqələrin qurulması müsbət prosesdir. Ancaq mən iki ölkə arasındakı münasibətlərin daha sıx olacağına və Rusiyanın Türkiyə üçün NATO-nu əvəz edəcəyinə inanmıram. Türkiyə NATO-nun vacib müttəfiqi və üzvü olan dövlətdir. Hesab edirəm ki, bu, belə də qalmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm