Türkiyədə 22 min adam saxlanılıb
Bizi izləyin

Dünya

Türkiyədə 22 min adam saxlanılıb

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı araşdırma çərçivəsində 22 min adam saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Anadolu agentliyinə bildirib. Onun sözlərinə görə, saxlanılanlar arasında 16 min adam rəsmən həbs edilib, 7668 nəfər istintaqa cəlb olunub. Onların barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm