
Gömrük İttifaqı ölkələrinin yeni valyutası – “Altun” tədavülə buraxılacaq.
“Axar.az” xəbər verir ki, yeni valyutanın buraxılması 2025-ci ilə planlaşdırılsa da, Avropa Birliyi və ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən proses tezləşdirilə bilər.
Mayda Rusiya, Qazaxıstan və Belorus prezidentləri Avrasiya İqtisadi İttifaqının 2015-ci ildə yaradılması ilə bağlı müqavilə imzalayacaqlar.
Yeni birliyə Qırğızıstan, Ermənistan və Tacikistan da qoşulacaq. Vahid valyutanın yaradılmasının təşəbbüskarı Qazaxıstan prezidenti Nursultan Nazarbayev olub.