Terrordan “alman dəmir ledi”yə ZƏRBƏ
Bizi izləyin

Dünya

Terrordan “alman dəmir ledi”yə ZƏRBƏ

İctimai yerlərdə törədilən bir sıra terror aktları Almaniya kansleri Angela Merkelin reytinqinin güclü şəkildə aşağı düşməsinə gətirib çıxarıb.

Publika.az xəbər verir ki, bu haqda Norveçin “Aftenposten” nəşri yazıb.

İyul ayında bir həftə ərzində dörd qanlı terror aktı Almaniyanı silkələdi. Bu, kanslerə baha başa gəldi. “DeutschlandTrend” təşkilatı tərəfindən keçirilmiş son ictimai rəy sorğusu göstərdi ki, iyulun əvvəlindən onun reytinqi 12 faiz düşüb. Keçən həftə “ZDF Politbarometer” təşkilatı tərəfindən keçirilmiş son ictimai rəy sorğusu da təsdiq edir ki, Merkel öz reytinqinin əhəmiyyətli hissəsini itirib.

“DeutschlandTrend” tərəfindən keçirilmiş sorğunun yalnız 35 faiz iştirakçısı Merkelin miqrant siyasətindən razıdır. “Deutsche Welle” nəşrinə əsasən, bu, qaçqınların axınının başlanmasından sonra ən kiçik göstəricidir.

Merkelin reytinqinin düşdüyü bir vaxtda, onun ən güclü tənqidçisi Bavariya federal torpağının baş naziri Xorst Zeexoferin reytinqi yüksəlir. Amma Merkelin azalan reytinqi onun başçılıq etdiyi Xristian-Demokratlar Partiyasına (CDU) olan dəstəyə təsir etməyib. Partiyaya dəstək 35 faiz həddindədir.

Həmçinin bu onu göstərmir ki, Merkel gələn il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyə qərar verərsə, kansler vəzifəsində qalmayacaq. “Ona heç bir layiqli rəqib yoxdur”, - bu həftə Merkel haqqında kitabı çıxan yazıçı və jurnalist İnqrid Brekke deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm