ABŞ səfirindən ŞOK ETİRAF: “Ərdoğanı buna görə sevmirlər”
Bizi izləyin

Dünya

ABŞ səfirindən ŞOK ETİRAF: “Ərdoğanı buna görə sevmirlər”

“Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir. Avtoritar görünür və yaxşı bir oyunçu olmadığı düşüncəsi hakimdir. Qərb daha əvvəllər Ərdoğandan daha avtoritar olan bir çox liderləri ilə əməkdaşlıq etdi, etməkdə da davam edir”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın ən qocaman diplomatlarından sayılan və 2008-2010-cu illərdə Türkiyədə səfir olan Ceyms Cefri “Hürriyyət”ə müsahibəsində deyib.

“Amma fərq burasındadır: səudiyyəlilər, misirlilər hər fürsətdə bizə yaltaqlanırlar. F-16-ları, müttəfiqlik münasibətlərini düşünərək bizimlə eyni dəyərləri bölüşdüyünü göstərirlər. Ərdoğan isə bizimlə toqquşur, səhvlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Ondan daha avtoritar liderlər isə dostumuz kimi görünərək zərər görmürlər. Çox yaxın vaxta qədər Putin də belə davranırdı. Ərdoğan Vaşinqtonda buna görə sevilmir. Bilirəm, heç ədalətli vəziyyət deyil”, - amerikalı diplomat bildirib.

O, Türkiyə ordusunun İŞİD-lə döyüşməyə getmədiyini bildirib: “Başqa ölkələr isə 4 təyyarə göndərib “İŞİD-lə döyüşürəm” deyir. Əslində isə heç bir şey etmirlər, amma müsbət xal toplayırlar. Deyə bilmərəm ki, Vaşinqtonda hökumətinizə qarşı bir inamsızlıq var. Amma Vaşinqton belə bir düşüncə içində ikən Türkiyədə dövlət çevrilişi cəhdi gündəmə gəldi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm