ABŞ və Fransanın hərbi gəmiləri Mərmərədə - FOTO
Bizi izləyin

Dünya

ABŞ və Fransanın hərbi gəmiləri Mərmərədə - FOTO

ABŞ və Fransanın hərbi gəmiləri Mərmərə Dənizinə daxil olub.

ABŞ-ın Donald Cook eskadra mina gəmisi və Fransanın Dupuy de Lome hərbi kəşfiyyat gəmisi Dardanell boğazından yan keçərək Mərmərə dənizə daxil olublar.

Məlumata əsasən, gəmi saat 7 radələrində Dardanel boğazı üzrə hərəkət edib və bir saat ərzində Mərmərə dənizinə daxil olub. Onu türk sahil mühafizəsinin katerləri müşayiət edir.

Qeyd edək ki, gəmi Aegisin raket əleyhinə müdafiə sistemiylə təchiz edilib və Qara dənizin akvatoriyasında 21 gün qalacaq.

Donald Cook son zamanlar amerika silahlı qüvvələrinin Qara dənizə göndərdiyi üçüncü gəmidir./“Qafqazinfo”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm