Dünya
Putindən yeni həmlə: bombardmançılar İrandan qalxdı - VİDEO
İranın Həmədan hava bazasında yerləşdirilən Tu-22M3 və Su-34 Rusiya bombardmançıları Suriyada ilk hava əməliyyatını həyata keçirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, bombardmançılar Suriyanın Hələb, İdlib və Deyr-ez-Zor vilayətlərində İŞİD və “Ən-Nüsra” Cəbhəsinin mövqelərinə zərbələr endirib. Aviazərbələrdən sonra bombardmançılar Həmədan hava bazasına qayıdıblar.
Qeyd edək ki, Rusiya strateji bombardmançılarının İranın Həmədan hava bazasında yerləşdirildiyi barədə ilk dəfə Dəməşq rəhbərliyinə yaxınlığı ilə tanınan “Al Masdar News” portalı yazıb.
Bu günə qədər Mozdok aerodromundan (Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın yerləşir –red.) qalxan Rusiyanın strateji bombardmançı təyyarələri bundan sonra Moskva və Tehran arasında imzalanan razılaşma çərçivəsində Həmədan bazasından istifadə edəcək.
Portalın xəbərinə görə, Rusiya təyyarələrinin Suriyadakı uçuş müddəti təxminən 60 faiz azalacaq. Bu, Kremlə həm yanacağa qənaət etməyə kömək edəcək, hava hücumlarının effektliyini artıracaq. Mozdokdan havalanan TU-22M3 tipli strateji bombardmançıları Palmiradakı hədəfləri vurmaq üçün 2150 kilometr qət etdiyi halda, Həmədandan qalxan təyyarələr 900 kilometr məsafə uçacaq.
Ömər Dağlı
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi