Gülənə AĞIR CƏZA: 2 dəfə ömürlük və 1900 il həbs
Bizi izləyin

Dünya

Gülənə AĞIR CƏZA: 2 dəfə ömürlük və 1900 il həbs

Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanan iddianaməni qəbul edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iddianamədə FETÖ rəhbəri Fəthullah Gülənə 2 dəfə ömürlük və 1900 il həbs cəzasının verilməsi tələb edilir.

Məhkəmənin qəbul etdiyi iddianamədə Fetullah Gülən “bir nömrəli şübhəli” olaraq yer alıb. Gülən güc yolu ilə Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə ittiham olunur.

İddianaməyə görə, FETÖ uzun illərdir rəsmi qurumlarda və kəşfiyyatda təşkilatlanaraq dövlət arxivlərinə girməyi bacarıb. Təşkilat üzvlərinin “hədiyyə”, və “zəkat” kimi üsullarla xüsusilə iş adamlarından topladıqları pulları Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Tunis, Mərakeş, İordaniya və Almaniya kimi ölkələrdəki banklardan istifadə edərək ABŞ-a köçürdükləri müəyyənləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm