Hakan Şükürə daha bir həbs qərarı
Bizi izləyin

Dünya

Hakan Şükürə daha bir həbs qərarı

Bu gün Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində sabiq millət vəkili və “Qalatasaray” futbol klubunun əfsanəsi Hakan Şükür haqqında daha bir həbs qərarı verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Terror və Terror Təşkilatı Cinayətləri Prokurorluğu silahlı terror təşkilatına üzv olmaqda şübhəli sayılan sabi futbolçunun ifadəsinin alınması üçün belə bir qərar çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Sakarya Baş Prokurorluğu FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükürün həbs edilməsi barədə qərar verib. O, terror təşkilatına maliyyə yardımı göstərməkdə ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm