Poroşenkonu Xarkovda belə aldadacaqlar – VİDEO
Bizi izləyin

Dünya

Poroşenkonu Xarkovda belə aldadacaqlar – VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenkonun Xarkova gəlişi ilə əlaqədar şəhər filarmoniyasının ətrafındakı asfalt rənglənib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı süjet “Qromadske” telekanalında verilib.

Süjetin videosu “YouTube”da yayılıb. Kanalın müxbiri asfaltın niyə rəngləndiyini soruşub. İşçilərdən biri “bizə rəngləyin deyiblər, biz rəngləyirik” deyə cavab verib. Digər işçi bildirib ki, o, asfaltı möhkəmləndirməklə məşğul olur.

Məlumata görə, Poroşenko bu gün Xarkova gələcək. Onun filarmoniyanın yenilənmiş zalının açılışında iştirakı nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm