Tehran Moskvanın təklifinə RƏDD CAVABI verdi
Bizi izləyin

Dünya

Tehran Moskvanın təklifinə RƏDD CAVABI verdi

İran Rusiyadan S-400 zenit-raket komplekslərini almağı planlaşdırmır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

“Rusiya tərəfi İrana S-400 komplekslərini təklif edib. Ancaq bizim onları əldə etmək üzrə planlarımız yoxdur”, - Dehqan dedi.

Nazir qeyd edib ki, İran Rusiyadan S-300 zenit-raket komplekslərinin əsas hissəsini alıb və bir ay ərzində komplekslərin qalan hissəsinin çatdırılmasını gözləyir.

Qeyd edək ki, S-400 böyük və orta mənzilli zenit-raket sistemidir. Sistem hava-kosmik hücumunun bütün müasir və perspektivli vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm