• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

Rusiyanın qonşusundan Kremlə mesaj: “ABŞ tək super dövlətdir”

  • Dünya
  • 20 Avqust 2016 16:46
  • 892 Baxış
Rusiyanın qonşusundan Kremlə mesaj: “ABŞ tək super dövlətdir”

Finlandiyanın xarici işlər naziri Timo Soyni ABŞ-ı dünyanın tək super dövləti adlandırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə "Həqiqi finlər" partiyasının qurultayında etdiyi çıxışında deyib.

O, bildirib ki, Finlandiya və ABŞ arasında müdafiə əməkdaşlığı haqqında ikitərəfli müqavilənin imzalanmasına ümid edir. Timo Soyni qeyd edib ki, müqavilə müdafiə sahəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsinə kömək edəcək. Nazir hazırda müqavilənin hazırlanma mərhələsində olduğunu bildirib.

Məlumata görə, Finlandiya daha əvvəl Böyük Britaniya ilə müdafiə əməkdaşlığı haqqında ikitərəfli müqavilə imzalayıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR