Nazarbayev FETÖ əməliyyatına başladı
Bizi izləyin

Dünya

Nazarbayev FETÖ əməliyyatına başladı

Qazaxıstanda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli Qazax-Türk Təhsil Fonduna (KATEV) bağlı məktəblərdə bir ay ərzində yoxlamalar aparılacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər veriri ki, bu haqda Qazaxıstan Təhsil və Elm Nazirliyindən verilən yazılı açıqlamada deyilir.

Yaradılacaq işçi qrupu 30 gün ərzində aparacağı yoxlama prosesində məktəblərin yerli təhsil qanunvericiliyinə uyğunluğu araşdırılacaq. Yoxlamaların nəticəsinə görə, məktəblərin qanunlara uyğun olub-olmadığına dair qərar veriləcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 5 avqustda Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Türkiyə əleyhinə fəaliyyət göstərənləri dəstəkləməyəcəklərini, iki ölkənin təhsil nazirlikləri tərəfindən birgə komissiyanın yaradılacağını və KATEV-ə bağlı məktəblərə nəzarət ediləcəyini bildirmişdi.

Qazaxıstanda KATEV-in tərkibində çoxlu sayda məktəb var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm