Ankarada çevrilişlə bağlı 22 hərbi hakim həbs olundu
Bizi izləyin

Dünya

Ankarada çevrilişlə bağlı 22 hərbi hakim həbs olundu

Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə əlaqədə şübhəli bilinən 22 hərbi hakim həbs olunub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl 25 hərbi hakim saxlanılıb. İlkin araşdırmadan sonra üç hakim sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişin qarşısı alındıqdan sonra 40 min nəfər saxlanılıb, 20 min nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm