Putindən “hədiyyə”: Müharibəyə bir gün qaldı?
Bizi izləyin

Dünya

Putindən “hədiyyə”: Müharibəyə bir gün qaldı?

“Ukrayna Putini əsəbləşdirir və qıcıqlandırır. Putin tamaşaçıya “qardaş xalq” haqqında danışır, amma Ukrayna üzərində nəzarət və ölkənin dağıdılması başda olmaqda xəyallar qurur”.

Publika.az xəbər verir ki, bunu blogger Aleksey Minakov yazıb.

Onun fikrincə, Rusiya prezidenti Ukraynanın müstəqilliyinin 25-ci ildönümü üçün (24 avqust) “hədiyyə” hazırlayıb.

“Putin 2016-cı ilin avqustunda ənənəvi ideyaya - ukraynalıların bayramını korlamağa girişib. Biz artıq Ukrayna diversantlarının Krımda təxribatının şahidi olduq. Onlar guya terror aktlarını həyata keçirməyə hazırlaşırdılar”, - o, yazıb.

Aleksey Minakov bildirib ki, Ukrayna kəşfiyyatının məlumatlarına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin formasının (şevronlar, furajkalar və fərqləndirici nişanlarla) 200 dəstini ORDLO-ya (ORDLO - Donetsk və Luqansk vilayətlərinin işğal altında olan əraziləri) çatdırıb.

Blogger qeyd edib ki, Donetsk və Slavyansk istiqamətlərində Ukraynanın müdaxiləsinin təqlidini nəzərdə tutan genişmiqyaslı təxribat hazırlanır: “Kremlin marionetkası, “DXR”in başçısı Aleksandr Zaxarçenko bu yaxınlarda bildirdi ki, Ukrayna ordusunun hücumunu gözləyir. Ümumiyyətlə, Ukraynanın müstəqilliyinin 25-ci ildönümündə bizi Putinin növbəti pisliyi gözləyir: Ukrayna Silahlı Qüvvələrinin formasında “yaşıl adamcığazlar”. Düşməni qiymətləndirmək lazımdır. İdeyanın müəllifləri ən amansız planlara, hətta günahsız dinc əhalinin qətlinə belə qadirdir”.

Qeyd edək ki, son vaxtlar Donbasda genişmiqyaslı hərbi əməliyyatların başlanacağı barədə bir-birinin ardınca proqnozlar səsləndirilir. Hərbi ekspertlər hərbi əməliyyatlar üçün ən münasib dövrün avqust və payız ayları olduğunu bildirirlər. Ukrayna mətbuatının gündəmini zəbt edən iddialara görə, Ukraynanın Müstəqillik Günü – avqustun 24-də Rusiyanın hibrid ordusu hücuma keçəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm