Türkiyənin Suriya əməliyyatına ABŞ-dan ilk REAKSİYA
Bizi izləyin

Dünya

Türkiyənin Suriya əməliyyatına ABŞ-dan ilk REAKSİYA

Türkiyənin Şuriyanın Cerablus şəhərini İŞİD-dən azad etmək üçün başladığı əməliyyata ABŞ-dan ilk şərh gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner təzyiqin yüksəlməməsi üçün çalışdıqlarını deyib.

“Türkiyəli səlahiyyətlilər və Suriya Demokratik Güclərinin nümayəndələri ilə daim təmasdayıq. Təzyiqin yüksəlməməsi üçün çalışırıq. Hər iki tərəfə də əsl düşmənin İŞİD olduğunu xatırlatmağa çalışırıq”, -. Dövlət Departamentinin sözçüsü bildirib.

Qeyd edək ki, Turkiyə ordusu bu gün erkən saatlarından Suriyanın Cerablus şəhərini İŞİD-dən təmizləmək üçün əməliyyata başlayıb. Əməliyyata “Fərat Qalxanı” adı verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm