Bayden Ankarada, Türk Ordusu Suriyada: Ərdoğan ABŞ vitse-prezidenti ilə nədən danışdı?
Bizi izləyin

Dünya

Bayden Ankarada, Türk Ordusu Suriyada: Ərdoğan ABŞ vitse-prezidenti ilə nədən danışdı?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşüb.

Publika.az xəbər verir ki, Ağ sarayda baş tutan və 2 saat 25 dəqiqə çəkən görüşdən sonra Ərdoğanla Baydenin ortaq mətbuat konfransı keçirilib.

Bayden mətbuat konfransında 15 iyulda baş verən çevriliş cəhdinə münasibət bildirib:

“15 iyul gecəsi xalq demokratiya uğruna edilə biləcək ən böyük fədakarlığı etdi. Həmin gecə dünya Türkiyə vətəndaşlarının vətənsevərliyini gördü. Çevriliş cəhdinin ilk anından etibarən, sizin yanınızda olduq. Biz Türkiyəni dəstəkləyirik”.

Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsinə də toxunan Bayden bunları söyləyib:

“Gülənin Türkiyəyə ekstradisiyası tələbi ilə bağlı hüquqçularımız işləyir. Güləni qorumaq niyyətimiz və bunun üçün hər hansı səbəbimiz yoxdur. ABŞ nə qədər güclü olur olsun Federal məhkəmədən başqa heç kim buna qərar verə bilməz. Prezident buna təklikdə qərar verə bilməz. Obama bunu edərsə, vəzifədən getməli olar. Onu da qeyd edim ki, Gülən ABŞ hakimiyyətindən sığınacaq tələb edəndə Buş razılaşmamışdı. O, məhkəmə qərarı ilə ABŞ-da qala bilib”.

Ərdoğan isə mətbuat konfransında təkcə Gülən məsələsinə deyil, Suriya ilə bağlı problemlərə də toxunub:

“Bizim için ən əhəmiyyətli məsələ FETÖ-nün Türkiyəyə ekstradisiyasıdır. Suriya ilə bağlı isə bunu deyə bilərəm ki, - Suriya xalqının “bəli” demədiyi bir rəhbərin idarəsi altında olması qəbul edilməzdr. 600 minə yaxın insanı öldürən bir insanı biz qəbul edə bilmərik. Bu mövzuda ABŞ-ın bizə dəstək olacağına inanıram. Suriya Əsədlə əsla demokratiyaya çata bilməyəcək”.

Ərdoğan İŞİD terror təşkilatı haqqında da açıqlama edib:

“Bu gün koalisiya qüvvələri ilə görüşüb qərar verdik. Hazırda Cerablus İŞİD-dən tamamilə, azad edilib. İŞİD və ya PKK – bunlar bizim üçün terror təşkilatıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm