Dünya
Neftin qiyməti uçurumda – DƏHŞƏTLİ GƏLƏCƏK
Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsi
müşahidə olunur. Brent markalı neftin bir bareli 49,85 dollara, WTI
markalı neftin bir bareli isə 46,85 dollara enib. Ümumiyyətlə, neft
bazarının üzləşdiyi acınacaqlı vəziyyətin səbəbləri
maraqlıdır.
Publika.az xarici mediada yayılan materiallar
əsasında səbəbləri araşdırıb.
Dünyada silahlı müharibəyə paralel olaraq daha bir
müharibə də aparılır: enerji müharibəsi.
Və görünən odur ki, bu müharibədə əsas döyüşçülər siyasətdə
müttəfiq olan Səudiyyə Ərəbistanı və ABŞ-dır.
Vaxtilə Avropaya “Levanta küləyi”ni gətirən ərəblərin (Orta
əsrlərdə yerli xalqlar Əndəlusun ərəblər tərəfindən işğalını belə
adlandırır və səhradan gələn küləyi bununla əlaqələndirirdilər)
yüzillər sonra “neft oyunları” bəxş etdiyini deyə bilərik.
Səhradan gələnlərin oyunu
Təxminən iki il öncə Səudiyyə Ərəbistanı “qeyri-ənənəvi” neft
istehsalçılarına qarşı müharibə elan etdi. Müharibə edilən ölkələr
siyahısının başında Amerika gəlir. “Ərəblər amerikalıları müharibə
siyahısının başına niyə qoyublar?” sualının cavabı maraqlıdır:
Söhbət, məcazi olaraq desək, “ərəbləri ac qoyacaq”, yəni enerji
bazarını öldürəcək şist sənayesindən gedir. Ər-Riyad ABŞ-da şist
yataqlarının tapılmasından sonra ciddi şəkildə narahat olmağa
başladı və “neft cihadı” taktikasına əl atdı: qiymətləri
süni şəkildə endirdi, hətta maya dəyərindən daha aşağı səviyyəyə
saldı. Onlar düşünürdülər ki, bazardakı rəqiblər bununla
geri çəkiləcəklər və Amerika şist sənayesi nokaut vəziyyətinə
düşəcək. Yəni bazarın vəziyyətinə uyğun olaraq şist sənayesinin
inkişafından əl çəkəcəklər. Lakin “neft cihadı” uğurlu olmadı.
Əksinə, Amerikada şist sənayesinə hakim olan şirkətlər bazara sahib
olmaq niyyətlərini açıq şəkildə bəyan etdilər.
Ərəblərin neftin qiyməti ilə bağlı qərarı 2008-ci il böhranından
daha faciəli vəziyyət yaratdı. Brent markalı neftin qiyməti 110
dollardan 30-40 dollara endi, daha sonra 25 dollara qədər
yuvarlandı. 2008-ci ildən fərqli olaraq, bu dəfə belə vəziyyət
deyəsən daha uzun müddət davam edəcək. Belə vəziyyətdə
istehsalçılar arasında “kim birinci gözünü qırpacaq” oyunu
başlandı.
Ekspertlər hesab edirdilər ki, bu vəziyyətdən Amerika şist
sənayesi də uduzacaq. Lakin gözlənilən kimi olmadı.
“Jefferies LLC” konsaltinq firması bildirir ki, ABŞ-da şist
neftini istehsal edən ən azı 10 şirkət yeni quyuların qazılması və
hazırlanması üçün ümumilikdə büdcələrini 1,1 milyard dollar
artırıb. Onlar arasında şist bazarının ən böyük oyunçuları olan
“Devon” və “Pioneer” də var.
Gözlənilən idi ki, neft bazarında sabitləşə getməlidir.
Qiymətlər 50 dollar səviyyəsində olacaq. Həqiqətən də bu müşahidə
olunurdu. Brent və “WTI” markalı neftin bareli 45 dollardan da
aşağı düşməsinə baxmayaraq, avqust ayında qiymət əsasən 50 dollar
oldu. Lakin vəziyyət yenidən uçuruma doğru
yuvarlanmaqdadır.
Görünən odur ki, ərəblərin neft planı baş tutmur və Amerika şist
sənayesi nokaut vəziyyətinə düşmür. Əksinə, neft bazarında nə qədər
acınacaqlı vəziyyət yaransa da, amerikalı neftçilər quyuları
qazmaqda davam edirlər.
Amerika ərəb oyunlarının qarşısında necə
dayandı?
Buna səbəb kimi xərclərin azaldılması göstərilir. Misal üçün,
“Permian Midland” şirkəti 2014-cü ildə bir barel şist neftini əldə
etmək üçün 85 dollar xərcləyirdisə, 2016-cı ildə bu 38 dollara
endi. “Permian Delaware” şirkətinin xərcləri 63 dollardan 33
dollara düşdü.
Rəqəmlər insanı heyrətləndirir. Lakin amerikalıların xərcləri
necə azaltmasının yolu tam aydın deyil. Bir amil isə xüsusi diqqət
çəkir. Belə ki, şist sənayesini avadanlıq və xidmətlə təmin edən
şirkətlər də qiymətləri endirib. Əsas hədəf sifarişsiz qalmamaqdır.
Xidmət qiymətləri düşdüyünə görə, sənayedəki xərclər də azalıb.
Yalnız bir sıra kiçik şirkətlər vəziyyətə tab gətirməyərək, müflis
oldular.
Bəzi ekspertlər isə Amerika şist biznesinin uğurlarının o qədər də
böyük olmadığını düşünürlər.
İqtisadçı analitik Yekaterina Krılov hesab edir
ki, Amerika şist sənayesinin ümumi vəziyyəti heç də yaxşı
deyil.
“Yalnız “Permianskom” yatağında çıxarma iyul ayı ərzində 6 faiz
artıb. ABŞ Energetika Nazirliyinin proqnozuna görə, bu, sentyabr
ayında 3 faiz azalacaq. İlin sonunda isə azalma daha çox müşahidə
olunacaq. Digər yerlərdə isə hazırda güclü azalma var. Misal üçün,
“Bakkene” yatağında 19 faiz, “İql Ford”da 25 faiz azalıb”, - deyə o
bildirib.
“İFC Markets” şirkətinin analitiki Dmitri
Lukaşovun fikrincə, şist sənayesi şirkətlərinin
fəallığı ilə bağlı təlaş adi haldır.
“US Energy Information Administration”un proqnozuna görə, ABŞ-ın
yeddi əsas regionunda şist neftinin ümumi istehsalı avqustla
müqayisədə sentyabr ayında hər gün 85 min barel azalacaq.
“Lakin yeni quyulardan istehsal hər gün üçün 18 min barel
artacaq. İnvestorlar ümid edirlər ki, yeni quyuların köhnə quyuları
əvəz etməsi nəticəsində istehsal böyüyəcək”, - deyə D. Lukaşov
hesab edir.
“Vygon Consultinq”in böyük analitiki Mariya
Belov düşünür ki, şist neftinin bir barelinin 50 dollar
olması ona marağı artıracaq.
Məğlublar klubu
Hazırda neft bazarında yaranmış acınacaqlı vəziyyətdən ən çox
zərəri şirkətlər çəkir. “Shell”, BP, “ExxonMobil” kimi şirkətlər
ümumi fəallığı aşağı salmağa məcbur olublar. Lakin belə vəziyyətdə
onların yeni borcları da artmaqda davam edir. Misal üçün, “Shell”in
təmiz borcu 10 il ərzində 20 dəfə artıb. Bu artımın yarıdan çoxu
son iki il ərzində, hansı ki, qiymətlərin düşməsindən sonra baş
verib.
Ekspertlər isə “İlin sonuna kimi Brent markalı neftin
qiyməti 40-50 dolar arasında dəyişəcək”, - deyə bədbin
proqnozlar verirlər.
Göründüyü kimi, enerji müharibəsi və rəqabət neftin başına sözün
əsil mənasında oyun açır.
Asif
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi