Türkiyənin “Suriya planı” - DETALLAR
Bizi izləyin

Dünya

Türkiyənin “Suriya planı” - DETALLAR

Türkiyə mediası Ankaranın Suriyada planlaşdırdığı təhlükəsizlik xəttinin detallarını əldə edib.

Publika.az xəbər verir ki, “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD və PYD təhdidinin qarşısını almağa çalışan Türkiyə sərhəddən 15-20 kilometr içəridə Azad Suriya Ordusu üçün nəzarət nöqtələri quracaq.

Hazırda Suriyada 500 türk hərbçisi var. Qısa müddətdə onların sayı 4 minə çatdırılacaq. Hərbi mənbələrin məlumatına görə, bölgədəki tayfalardan da İŞİD, YPG (PYD-nin silahlı gücü –red.) və Dəməşq rejimindən gələcək təhdidə qarşı istifadə ediləcək.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, “Mehmetcik” əməliyyatlara birbaşa qatılmayacaq. Suriya-Türkiyə sərhədində 70 kilometr uzunluqda olan təhlükəsiz bölgənin yaradılması nəzərdə tutulur. Bu, Azad Suriya Ordusunun İŞİD-in nəzarətində olan Əl-Baba irəliləməsinin önünü açacaq.

“Mehmetcik” Əl-Babın İŞİD-dən təmizlənməsi üçün Azad Suriya Ordusuna havadan dəstək verəcək. Beləliklə, Azez-Cerablus ilə Əl-Bab-Azez arasında qalan bölgə həm İŞİD-dən təmizlənəcək, həm də PYD-ə qarşı “Fərat qalxanı” olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm