5 min adam təxliyə olunur
Bizi izləyin

Dünya

5 min adam təxliyə olunur

2012-ci ildən bəri müxalifət qüvvələrinin əlində tutduğu, Suriya ordusunun mühasirəsində olan Dəriya şəhərindən vətəndaşların və müxalifət qüvvələrinin azad edilməsi mövzusunda tərəflər razılaşma əldə ediblər.

Publika.az xəbər verir ki, müxalif mənbələrin verdiyi məlumata görə, azadetmə əməliyyatının bu gün başlayacağı və iki-üç gün davam edəcəyi gözlənilir.

SANA-nın bildirdiyinə görə, əldə olunan razılaşmaya uyğun olaraq çıxarılacaq adam sayının min nəfəri müxalif qüvvələr olmaqla, 5 min civarında olacağı təxmin edilir.

Razılaşmaya görə, müxalifət qüvvələri yüngül silahları ilə birlikdə İdlibə çəkiləcəklər, Suriya ordu birlikləri ağır silahlara əl qoyacaq.

Deriya şəhərindən çıxarılacaq vətəndaşların da Şam ilə ətrafındakı keçici düşərgələrə yerləşdiriləcəyi bildirilib.

Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm