ABŞ-dan Bağdadi ilə bağlı ŞOK ETİRAF
Bizi izləyin

Dünya

ABŞ-dan Bağdadi ilə bağlı ŞOK ETİRAF

ABŞ İŞİD lideri Bağdadinin 2004-cü ildə yeddi ay boyunca İraqın “Əbu Qarib” həbsxanasında saxlanıldığını ilk dəfə etiraf edib.

Publika.az xəbər verir ki, Əbu-Bəkr əl Bağdadinin bir müddət İraqın Bucca düşərgəsində saxlanıldığı, gələcəkdə İŞİD-in liderləri olacaq şəxslərlə də elə burada tanış olduğu haqda informasiyalar dəfələrlə yayılıb.

“The İntercept” nəşri isə yazır ki, Bağdadi Bucca düşərgəsinə köçürülməmişdən öncə 2004-cü ilin fevral ayından noyabr ayına qədər “Əbu Qarib” həbsxanasında saxlanılıb.

Nəşrə açıqlama verən ABŞ ordusunun sözçüsü Troy Rolan Bağdadinin həbsxana nömrəsinin 157 ilə başladığını deyib.

“The İntercept” qeyd edib ki, Bağdadi 2004-cü ilin 13 noyabrında kamera yoldaşları ilə birlikdə Bucca həbsxanasına köçürülüb və 9 dekabrda azad edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm