Həbsxanaya hücum - 28 məhkum qaçdı
Bizi izləyin

Dünya

Həbsxanaya hücum - 28 məhkum qaçdı

Filippində “Maute” islamçı qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, bir həftə əvvəl həbs edilmiş “Maute” islamçı qruplaşmasının 8 üzvü azad edilib.

Həbsxanaya hücum zamanı müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus da qaçıb.

Qeyd edək ki, bundan əvvəl “Maute” islamçı qruplaşması İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm