Prezidentliyə namizəd yoxa çıxıb
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd yoxa çıxıb

Ukraynanın Odessa şəhərində Maydan hərəkatının tərəfdarları ilə Rusiya-yönümlü fəallar arasında baş verən toqquşmalar nəticəsində 7 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, toqquşmalar "Regionlar Partiyası" fraksiyasının üzvü, prezidentliyə namizəd Oleq Çarevin qaldığı otelin yaxınlığında baş verib.

İnsident zamanı xüsusi-təyinatlılar prezidentliyə namizədi oteldən çıxararaq naməlum istiqamətdə aparıblar. Ukrayna polisi isə insidentlə bağlı məhkəməyəqədər istintaq başladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm