DİQQƏT: Qadınlar məcburi hərbi xidmətə çağırılacaq! - FOTO
Bizi izləyin

Dünya

DİQQƏT: Qadınlar məcburi hərbi xidmətə çağırılacaq! - FOTO

Norveç qadınlara hərbi xidmətin məcburi edildiyi ilk Avropa və NATO ölkəsi oldu.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Norveçdə qadınların məcburi hərbi xidmətə çağrılması barədə qanun təsdiq edilib.

Təhsil, rifah səviyyəsi və insani inkişaf baxımından Norveç dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Skandinaviya ölkəsi eyni zamanda möhtəşəm təbiətə sahibdir. Dünyanın ən inkişaf etmiş, ən yaşanmalı, ən firavan ölkələrinin başında gələn Norveç, həmçinin Vikinq soyundan gələn yaraşıqlı kişiləri və gözəl qadınları ilə də həmişə maraq doğurur. Ancaq Norveçdə qüvvəyə minən yeni qanun hər kəsi təəccübləndirib.

Qadınlarla kişilər birgə xidmət edir

Norveçdə məcburi əsgərlik xidməti 19 yaşında başlayır. Gördüyünüz kimi kişi və qadın əsgərlər eyni palatalarda qalırlar.

Əslində Norveçdə qadınlar on illərdən bəri əsgərlik edirlər. Ancaq bu könüllülük əsasında idi.

Orduya 90-cı illərdən bəri qadın zabitlər qəbul olunur və onların arasında döyüş təyyarəsi və vertolyot pilotları da var. Hazırda Norveç ordusunun üçdə biri qadın əsgərlərdən ibarətdir. Yeni çıxan qanun ilə birlikdə qadın əsgərlərin sayının artacağını təxmin etmək çətin deyil.

Norveçin son 5 müdafiə nazirinin 4-ü qadındır

Bütün bunlara baxmayaraq, qadınların məcburi əsgərliyə çağrılması yenə də norveçli kişiləri çaşdırıb. Mövzu ilə bağlı fikri soruşulan bir kişi əsgər utanaraq: “Qızlarla tam olaraq necə davranacağımızı bilmirik” deyib.

Hərbi səlahiyyətlilər isə hər hansı bir problem olmadığını, qadın və kişi əsgərlərin eyni kamerada olmalarının çətinlik yaratmayacağını və seks qalmaqallarının yaşanmayacağını söyləyiblər.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm