Gülən uşaqlarını geri istəyən valideynləri tələyə belə saldı – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Gülən uşaqlarını geri istəyən valideynləri tələyə belə saldı – VİDEO/FOTOLAR

Türkiyəli valideynlər Fətullah Gülən şəbəkəsinin təhsil almaq üçün bir neçə il öncə ABŞ-a göndərdiyi övladlarını geri qaytara bilmir.

Publika.az xarici mediaya istindən xəbər verir ki, buna səbəb həmin tələbələrin adına borc vəsaiti yazılmasıdır.

Valideynlər övladlarının Fətullah Gülən şəbəkəsi tərəfindən ABŞ-da girov saxlandıldığını bəyan edib.

Valideynlər deyir ki, Fətullah Gülən şəbəkəsi onları övladlarını geri qaytarmaq istəyinə görə açıq şəkildə təhdid edir və adlarına açılan borcla şantaj edir.

Türkiyəli valideynlər qeyd edir ki, bir neçə il öncə Fətullah Gülən şəbəkəsi savadlı və istedadlı gəncləri öz vəsaitləri hesabına ABŞ-a təhsil almaq üçün göndərib:

“Ancaq 15 iyul hadisələrindən sonra biz övladlarımızı ABŞ-dan geri qaytarmaq istəyirik. Ancaq uşğaqlarımız Türkiyəyə gələ bilmir. Çünki ABŞ-da onların adına borc yazılıb. Halbuki, 15 iyul hadisələrindən öncəyə qədər övladlarımızın heç birinin adına borc vəsaiti yazılmayıb. Digər tərəfdən isə ABŞ ancaq Fətullah Gülən məktəblərini bitirən insanlara vizanı verir, digər şəxslərə viza verilməsi prosesi çətin olur. Bu, bizi pulla şantaj etməkdir”.

Valideynlər övladlarını ABŞ-a təhsil almaq üçün göndərməkdə futbolçu Hakan Şükürün tövsiyəsi və yardımının olduğunu bildiriblər: “Hakan Şükür bizə Fətullah Gülənin məktəblərindən, onun xeyirxah əməllərindən bəhs edirdi. Bizə deyirdi ki, onun adı ilə ABŞ-a uşaq göndərsəniz, viza probleminiz olmayacaq, ucuz qiymətə qalmağa yer də tapılacaq və sairə. Biz də buna inanıb uşaqlarımızı ABŞ-a oxumağa göndərmişik”.

Vasif Həsənli

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm