Londonun müsəlman meri hinduist məbədinə yollandı - FOTO
Bizi izləyin

Dünya

Londonun müsəlman meri hinduist məbədinə yollandı - FOTO

Britaniya paytaxtı Londonun ilk müsəlman meri Sadiq Xan Hindistan sərhədlərindən xaricdə ən böyük hinduist məbəd sayılan Şri Svaminarayan Mandirdəki ayində iştirak edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya Leyboristlər Partiyasının populyar mənsublarından olan Sadiq Xan Londonun şimal-qərb hissəsində, Kinqsberidəki məbəddə dünyaca məşhur hinduist dini lider Açarya Svamişri Maharacla görüşüb.

Mərkəzi Hindistanın Qucarat ştatındakı Əhmədabad şəhərində olan Maninaqar Şri Svaminarayan Qadi Sanstan təriqətinin Britaniyadakı ən böyük məbədi sayılan Mandirdə müsəlman Sadiq Xan hindistlərin ayinlərinə sayğısını nümayiş etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm