12 illik təhsildən imtina olunur - Nazirlik müraciət etdi
Bizi izləyin

Dünya

12 illik təhsildən imtina olunur - Nazirlik müraciət etdi

2013-cü ildən Türkmənistanda tətbiq edilən 12 illik təhsil özünü doğrultmayıb. Ölkə yenidən 10 illik təhsilə geri qayıda bilər.

Publika.az xəbər verir ki, 10 illik təhsil geri qayıtmaq üçün bu ölkənin Müdafiə Nazirliyi son iki ildə dəfələrlə prezidentə müraciət edib.

Buna səbəb ölkədə 18 yaşlıların yaz çağırışı vaxtında təhsillərini başa vurmamalarıdır. Buna görə də Hərbi Komissarlıq planı doldura bilmir.

12 illik təhsilin gətirdiyi ikinci problem xərclərlə bağlıdır. Artıq bununla bağlı ölkənin maliyyə və iqtisadiyyat nazirlikləri dövlət başçısına müraciət edib. Ölkədə xərclərin azaldılması ilə bağlı məsələlər gündəmdədir. Bu dəfə isə təhsil xərclərinin azaldılması planlaşdırılır. Bunun üçün müəllimlərin işdən çıxarılması deyil, iş saatları və digər məsələlərdə qənaət etmək planlaşdırılır.

Bildirilir ki, ölkədə 10 illik təhsilə qayıdıldığı halda, 12 illik təhsili şagirdlər peşə məktəblərində tamamlayacaq. Hazırda Türkmənistanın peşə məktəblərində 8000 şagird təhsil alır. Orta dərəcəli məktəblərdə ildə 100 min nəfər məzun olur.

Qeyd edək ki, Azərbaycanda 12 illik təhsilə keçid planlaşdırılır. Bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əks olunub.

2016-2017-ci illərdə isə Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumları, dərslik sahəsində yeni qaydalar hazırlanacaq. 2017– 2018-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflər hazırlanacaq. Bununla yanaşı, 2017-ci ildən başlayaraq, mütəmadi olaraq, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm