Dünya
Kim Çen In iki məmuru raketlə edam etdi
Şimali Koreya lideri Kim Çen In iki yüksək vəzifəli məmuru edam etdirib.
Bu barədə Cənubi Koreyanın “Çunan İlbo” qəzeti məlumat
yayıb.
Nəşr mənbəyə istinadən xəbər verir ki, sabiq kənd təsərrüfatı
naziri Xvan Min və Təhsil Nazirliyində yüksək vəzifə tutan Ri Yen
Çjen zenit qurğusundan açılan atəş nəticəsində edam edilib.
“Edam Kim Çen Inın şəxsi göstərişi ilə Pxenyan Hərbi
Akademiyasının həyətində həyata keçirilib”.
Nəşr yazır ki, Xvan Minin edam olunmasına səbəb onun Kim Çen
Inın yürütdüyü siyasətə narazılığını bildirməsi olub. Diktator bunu
özünə qarşı çağırış kimi qiymətləndirib.
Digər şəxsin isə Kim Çen Inın çıxışı zamanı yatdığıma görə edam
olunduğu bildirilir.
“O, dərhal həbs olunub və intensiv şəkildə sorğu-sual edilib, bundan sonra korrupsiyada ittiham edilib”, - deyə “Çunan İlbo” yazır. (azvision.az)
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO