Türkiyə ordusu Suriyaya “Leopard” tankları göndərir – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə ordusu Suriyaya “Leopard” tankları göndərir – FOTOLAR

Türkiyə ordusu terrorçulardan təmizlədiyi Suriyanın Cerablus şəhərinə Almaniya istehsalı və NATO-nun ən güclü silahlarından biri olan “Leopard 24A” tankları göndərir.

Publika.az xarici mediaya istindən xəbər verir ki, buna səbəb Türkiyə ordusunun Suriyada terrorçulara qarşı hərbi əməliyyatları davam etdirməsidir.

Hərbi mütəxəssislər deyib ki, Türkiyə ordusu avqustun 24-də Cerablus şəhərində terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlarda ABŞ istehsalı olan “M-60” tanklarından istifadə edib: “Ancaq bu tankların ili köhnədir və minaya davamlılıq qabiliyyəti istənilən səviyyədə deyil. Minaya davamlılıq qabiliyyətinə görə “Leopard 24A” tankı əlverişlidir. Digər tərəfdən isə dünyanın ən güclü tankı sayılan “Leopard 24A” səhra şəraitində sürətli manevr imkanlarına və dəqiq atəş qabiliyyətinə malikdir”.

Qeyd edək ki, Suriyaya aparılmaq üçün yol düşən “Leopard 24A” tankları artıq Türkiyənin Qaziəntəp şəhərinə çatıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm