Dünya
Üç güc toqquşur: BÖYÜK DÖYÜŞ orada olacaq
Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Azad Suriya Ordusu hər keçən gün irəliləyir.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, “Fərat Qalxanı” əməliyyatı avqustun 24-də İŞİD-dən azad edilən Cerablus şəhərinin cənubunda genişlənir.
Azad Suriya Ordusu yeni hədəfinin Əl-Bab mahalı olduğunu açıqlayıb. PYD-nin əlində olan çoxlu sayda kənd və qəsəbəyə nəzarəti təmin edən Azad Suriya Ordusu Münbiçdən 20 kilometr şimalda - Saruc çayında dayanıb. Səlahiyyətlilərə görə, əməliyyatın növbəti hədəfi İŞİD-in əlində olan Əl-Bab mahalıdır.
Digər tərəfdən isə PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) Əl-Babı işğal etməyi planlaşdırır.
Əl-Bab İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Hələb vilayətinin ən böyük mahalı olan Əl-Bab bölgənin sənaye və ticarət mərkəzi olması ilə də xüsusi əhəmiyyətə sahibdir.
İŞİD mahalı 2014-cü ilin yazında ələ keçirib. Əl-Bab şəhəri İŞİD üçün Rakkadan sonra “ikinci paytaxt” xüsusiyyəti daşıyır. Mahal həm rejim, həm PYD, həm də Suriya müxalifəti üçün həyati əhəmiyyətə malikdir. Hazırda rejim qüvvələri mahalın 15, PYD 25, müxalifət gücləri isə 23 kilometrliyindədir. Müxalifət gücləri həm Çobanbey, həm də Cerablusdan iki istiqamətdə, rejim isə Kuveyrisdən irəliləyir.
Ömər Dağlı
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO