Rusiya G8-ə qayıtmaq üçün... - ŞƏRT
Bizi izləyin

Dünya

Rusiya G8-ə qayıtmaq üçün... - ŞƏRT

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın G8-in (“Böyük səkkizlik”) tərkibinə qaytarılması təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, nazir bu haqda “RedaktionsNetzwerk Deutschland” saytına müsahibəsində deyib.

“Suriya və Ukraynada münaqişələrin davam etməsinə baxmayaraq, biz dünyanın ən böyük iqtisadiyyatlarının daxil olduğu klubumuzdan Rusiyanı kənarda saxlamağa maraqlı deyilik”, - nazir söyləyib.

Moskva ilə danışıqlar aparmağın “çətin” olduğunu vurğulayan Frank-Valter Ştaynmayer bununla belə itirilmiş etibarın bərpasında maraqlı olduqlarını dilə gətirib.

O, əlavə edib ki, indiki “yeddilik” (G7) Suriya və Ukraynanın şərqindəki böhranların nizama salınmasında əhəmiyyətli irəliləyiş əldə olunduqdan sonra Moskva ilə söhbətə hazır olacaqr.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm