Kiyev Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi
Bizi izləyin

Dünya

Kiyev Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi

Kiyev Rusiya vətəndaşları və müəssisələrinə qarşı sanksiyalar siyahısını genişləndirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ukrayna baş nazirinin birinci müavini Stepan Kubiv siyahıya daha 250 fiziki və 46 hüquqi şəxsin adının daxil edildiyini deyib.

Bundan başqa, Ukraynanın Nazirlər Kabineti 388 fiziki və 105 hüquqi şəxs barəsində sanksiyaların müddətini uzadıb. Sanksiyalar altına düşən fiziki və hüquqi şəxslərin yenilənmiş siyahısı hələ dərc edilməyib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti sanksiyalar siyahısını 2015-ci ilin sentyabrında dərc edib. Siyahının bütün iştirakçılarına eyni məhdudiyyətlər tətbiq edilməyib. Onların bir hissəsinin Ukraynaya girişi qadağan edilib, başqalarının maliyyə aktivləri dondurulub, üçüncü qrup barəsində isə digər məhdudiyyətlər tətbiq edilib.

Kiyev və Avropa Birliyinin bir sıra ölkələri Moskvanın Ukraynanın cənub-şərqində münaqişə tərəflərindən biri olduğunu iddia edir. Moskva isə bu ittihamları qəbul etmir və bu barədə sübutların olmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm