Qadağalar, şallaq, baş kəsmək... - Cerablusda İŞİD DƏHŞƏTLƏRİ - FOTOLAR
Bizi izləyin

Dünya

Qadağalar, şallaq, baş kəsmək... - Cerablusda İŞİD DƏHŞƏTLƏRİ - FOTOLAR

Türk jurnalistlər Azad Suriya Ordusunun Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-dən azad etdiyi Suriyanın Cerablus şəhərinə giriblər.

Publika.az xəbər verir ki, şəhər sakinləri İŞİD-in hakimiyyəti dövründə yaşadıqları dəhşətlərdən danışıblar.

Jurnalistlərin suallarını cavablandıran cerabluslular İŞİD dövründə həyatlarının çox çətin olduğunu söyləyiblər. Bir sakin İŞİD-in hər şeyi qadağan etdiyini, qadağalara əməl etməyənlərin ağır cəzalandırıldığını və İŞİD döyüşçülərinin sakinləri davamlı olaraq baş kəsməklə edam etdiklərini deyib.

“Bəzən də (uzun bir bayraq dirəyinin olduğu binanı göstərərək) insanları buradan aşağı atırdılar”, - o, bildirib.

Yerli sakinlərdən biri deyib ki, saqqalının uzunluğu İŞİD döyüşçüləri tərəfindən müəyyən edilən ölçülərə uyğun gəlməyənlərin cəzası 15 şallaq idi.

Onların sözlərinə görə, məhdudiyyətlər və qadağalar gündəlik həyatın bütün sferalarında mövcud idi. Əhməd adındakı bir gənc İŞİD-in internet, telefon, televiziya və peyk antenasından istifadəni qadağan etdiyini qeyd edib.

Şəhər sakinləri əməliyyatın başlanmasından dərhal sonra İŞİD döyüşçülərinin Cerablusu tərk etdiklərini söyləyib.

Xatırladaq ki, Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı avqustun 24-də səhərin erkən saatlarında başlayıb. Azad Suriya Ordusu 14 saatdan sonra Çerablusa daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm