• USD 1,7000 0,00% EUR 1,9171 -0,31%
    • GBP 2,1347 +0,41% RUB 0,0238 +0,42%

Məkkədə DÜNYANIN ƏN BÖYÜK OTELİ - FOTO

  • Dünya
  • 1 Sentyabr 2016 13:52
  • 1 948 Baxış
Məkkədə DÜNYANIN ƏN BÖYÜK OTELİ - FOTO

Səudiyyə Ərəbistanında təxminən 3,5 milyard dollarlıq bir büdcə ilə dünyanın ən böyük oteli inşa ediləcək.

Publika.az xəbər verir ki, İslamın beşiyi sayılan Məkkə şəhərində tikiləcək bu görkəmli və 1,4 milyon kvadrat metr sahəsi olan otel, qapılarını 2017-ci ildə açacaq. İnşası Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi tərəfindən büdcələşdirilən otelin layihəsi Dar-al Handasah Qrup tərəfindən verilib.

10 min otaq, 70 restoran, 4 vertolyot meydançası və 12 qülləsi ilə bu otel, lüks həvəskarlarının gözəllik anlayışını dünyaya sərgiləyəcək.

Otel dünyanın ən böyük məscidi olan “Məscidi-Haram”a 2 kilometr uzaqlıqda olacaq.

Ən uzun qüllələri 45, ən qısa qüllələri 30 mərtəbədən ibarət olacaq bu otelin ilk 5 qatı Səudiyyə Kral Ailəsinə mənsub olacaq.

Oteldə həmçinin dünyanın ən müxtəlif yemək növləri, yığıncaq salonu, avtobus dayanacağı, ticarət mərkəzi və rəqs salonu olacaq.

Həcc ibadəti üçün Məkkəyə axın edən insanların belə lüks məkanı seçəcəyi ehtimal edilmir. Hər il 2 milyona yaxın adam həcc ziyarəti zamanı Məkkəyə üz tutur. Məkkəni ziyarət edənlərin sayı hər il 20 milyona çatır.

Təbii ki, bunların hamısı varlı ərəb şeyxləri kimi olmadığından bu oteldə qala bilməsələr də, ən azından görmək şansları olacaq.

Əli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR