Əxlaqsız Adnan Oktar Gülənin müdafiəsinə qalxdı – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Əxlaqsız Adnan Oktar Gülənin müdafiəsinə qalxdı – FOTOLAR/VİDEO

Qadın düşkünü, dələduz kimi tanınan və dinə kölgə salan Türkiyənin dini camaat lideri Adnan Oktar hazırda ABŞ-da gizlənən və Türkiyədə 15 iyul hadisələrinin əsas günahkarı hesab edilən Fətullah Gülənin müdafiəsinə qalxıb.

Publika.az xarici mediaya istindən xəbər verir ki, Adnan Oktar özünün “twitter” hesabında Türkiyə dövlətini və Gülən camaatını sülhə çağırıb.

Adnan Oktar hökumətlə camaat arasında düşmənçiliyin sona çatması üçün çalışdığını bildirib: “Biz hər zaman ortalıqda sülh yaradan və nifrət ruhunu aradan qaldıran çağırışlar edirik. Mən və dostlarım hökumətlə camaat arasında münaqişənin bitməsi üçün səy göstəririk. Allah da müsəlmanların barışmasını istəyir. Heç bir dostumuz Gülən məscidlərinin və məktəblərinin bağlanılmasını istəməz, buna çalışmaz. Ancaq Tayyib hocamı da kiçiltməyə və onu əzməyə çalışan olarsa, mən və dostlarım buna səssiz qalmayacaq. Nə Tayyib, nə də Gülən hocamızın əleyhinə çıxmarıq. İkisi də müsəlmandır. Səfirlərimiz isə gedib dəqiq araşdırma aparsın, sonra qəti mövqe ortaya qoyulsun. Bütün risklərə baxmayaraq, bu gün Gülən məscidlərini qoruyan və barələrində müsbət çıxışlar edən bizik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm