Avropadan Rusiyaya növbəti ZƏRBƏ
Bizi izləyin

Dünya

Avropadan Rusiyaya növbəti ZƏRBƏ

“Avropa Birliyinə üzv ölkələrinin daimi nümayəndələri Rusiya Federasiyası və Ukrayna (“LXR” və “DXR” separatçı qurumlarının liderləri –red.) üçün “qara siyahı”nın müddətini uzadacaqlar. Ehtimal ki, bu, gələn həftə baş verəcək”.

Publika.az xəbər verir ki, bu haqda SİTA agentliyinə Avropadakı diplomatik mənbə bildirib.

Mənbə qeyd edib ki, Rusiya və Ukraynanın 146 vətəndaşı və 37 təşkilatına qarşı sanksiyalar yarım illiyə uzadılacaq. Onların müddəti 15 sentyabrda bitir.

Diplomatın sözlərinə görə, məhdudlaşdırıcı ölçülərin uzadılması haqqında qərarın hər hansı müzakirəsiz qəbul edilməsi planlaşdırılır. “Ukrayna üzrə vəziyyət dəyişməyib. Buna görə də siyasi müzakirələr gözlənilmir”, - o, izah edib.

Sonuncu dəfə Rusiyaya üçün “qara siyahı” cari ilin 12 martında uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm