İslam Kərimovun vəziyyəti kritikdir - RƏSMİ
Bizi izləyin

Dünya

İslam Kərimovun vəziyyəti kritikdir - RƏSMİ

Özbəkistan Prezidenti İslam Kərimov ağır vəziyyətdədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Xalq sözü" ("Народное слово") qəzeti yazır.

Nazirlər Kabinetinin qəzetdə dərc olunan məlumatında qeyd olunur:

"Böyük ürək ağrısı ilə bildiririk ki, prezidentimizin vəziyyəti qəfil pisləşib və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər".

Xatırladaq ki, İ.Kərimov ötən şənbə insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm