İslam Kərimovun dəfninə hazırlıq gedir - FOTOLAR- VİDEO
Bizi izləyin

Dünya

İslam Kərimovun dəfninə hazırlıq gedir - FOTOLAR- VİDEO

Özbəkistanın yerli və bəzi xarici KİV-ləri prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir.

Publika.az "Newsday24" saytına istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri aparılır.

Həmçinin Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin də aparıldığı barədə xəbər verən sayt qeyd edir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.

Fərqanə agentliyi xəbər verir ki, İslam Kərimovun vəfatı barədə məlumat rəsmi olaraq sentyabrən 2-də elan ediləcək və Özbəkistan liderinin dəfn mərasimi sentyabrın 3-də keçiriləcəkş.

Məlumata görə, yerli vaxtla 23.00-da göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Özbəkistan Nazirlər Kabineti İ.Kərimovun səhhətinin ağır olması barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm