Putin: “Rusiya öz əraziləri ilə ticarət etmir”
Bizi izləyin

Dünya

Putin: “Rusiya öz əraziləri ilə ticarət etmir”

“Rusiya öz əraziləri ilə ticarət etmir, bu, qeyri-mümkündür”.

Publika.az xəbər verir ki, bunu Cənubi Kuril adaları ətrafında Yaponiya ilə ərazi mübahisəsini şərh edərək Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Putinin sözlərinə görə, Moskva “yapon dostları” ilə bu problemin həllini tapmağı çox istəyir.

Sovet İttifaqı və Yaponiya tərəfindən 1956-cı ildə imzalanmış bəyannamə demək olar ki, adaların ətrafında yaranan mübahisəni həll edib. Putin xatırladıb ki, məhz yapon tərəfi sülh müqaviləsini imzalamaqdan imtina edib.

Yaponiya 1855-ci il müqaviləsinə istinad edərək dörd adaya iddia edir. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya Müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib.

“Söhbət mübadilə və satışdan getmir, həllin axtarışından gedir. Heç bir tərəf nə zərər çəkdiyini, nə qalib gəldiyini, nə də uduzduğunu hiss etməlidir”, - Putin Yaponiyanın baş naziri Şinzo Abe ilə görüş ərəfəsində deyib.

Görüş Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində bu gün baş tutacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm