Nazarbayev Kərimovu dəfn etməyə gedir
Bizi izləyin

Dünya

Nazarbayev Kərimovu dəfn etməyə gedir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana gedəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti G20 (“Böyük iyirmilik”) sammitində iştirak üçün Çin səfərini qısaldaraq Özbəkistana baş çəkəcək.

Agentliyin məlumatına görə, Nazarbayevin planlarının qəfildən dəyişikliyi Özbəkistan prezidenti İslam Kərimovun ölümünün elan ediləcəyini göstərir.

Özbəkistan hökuməti dünən axşam Kərimovun səhhətinin qəfil pisləşdiyini açıqlayıb.

Qeyd edək ki, Çinə səfər edəcək Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri də sabah Özbəkistana baş çəkəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm