İŞİD nəhəng neft quyularını partlatdı – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD nəhəng neft quyularını partlatdı – FOTOLAR

İŞİD terror təşkilatı İraqın Mosul vilayətinin Kayyara bölgəsində yerləşən 11 zəngin neft quyusunu partladıb.

Publika.az xarici mediaya istindən xəbər verir ki, buna səbəb sözügedən ərazilərin İraq ordusu tərəfindən terrorçulardan azad edilməsidir.

İŞİD itirdiyi bu əraziləri yararsız vəziyyətə salmaq və bölgə əhalisində qorxu yaratmaq üçün şəhərdə yerləşən nəhəng neft quyularını partladaraq, dəhşətli yanğınlar törədib.

Yanğının miqyası o qədər böyükdür ki, neft quyularının alovlarını 40-50 kilometr məsafədən görmək mümkündür.

İraq hökumətinin məlumatına görə, neft quyularının bir çoxunda yanğın hələ də davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm