Putindən Almaniyaya ƏRAZİ İDDİASI – “Pandora qutusu” XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Putindən Almaniyaya ƏRAZİ İDDİASI – “Pandora qutusu” XƏBƏRDARLIĞI

“Əgər kimsə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxma istəyirsə, gəlin bu mövzuda mübahisə etməyə cəhd edək”.

Publika.az xəbər verir ki, bunu Kalininqrad vilayəti ətrafında mübahisələri şərh edən Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Amma bütövlükdə Kalininqrad üzrə müzakirələr aparmamaq lazımdır, bütovlükdə Almaniyanın şərq torpaqları üzrə müzakirələr aparılmalıdır. Oralar Polşanın bir hissəsi idi və sair. Əgər kimsə “Pandora qutusu”nu açmaq və onunla işləməyə başlamaq istəyirsə, buyurun, əllərində bayraq başlayın”, - Rusiya lideri burğulayıb.

Yunan rəvayətinə görə, Zevs ondan atəşi oğurlayan Prometeyin qardaşı Epimetusa Pandoranı həyat yoldaşı olaraq göndərir. Epimetus qardaşının bütün xəbərdarlıqlarına qarşı Pandora ilə evlənir. Zevs Pandoraya evlilik hədiyyəsi olaraq torpaqdan hazırlanmış bir qutu hədiyyə edir. Baş verəcəkləri öncədən duyan Prometey isə qardaşına heç kəsdən hədiyyə almamasını tapşırır. Epimetus isə Pandoranı gördüyü zaman deyilənləri unudur və onunla evlənir. Epimetus evləndikdən sonra qutunun içindəkiləri görmək üçün onu açır. Qutu açıldığı zaman dünyaya şər, böhtan, qarayaxma, yalan, pislik, dərd, paxıllıq, xəstəlik, aclıq, yaşlılıq və əxlaqsızlıq yayılır. Ancaq son anda qutunu bağlayır və orada insanların içindəki “ümid” qalır: pisliyin yayılmamış olmasına olan ümid.

Qeyd edək ki, son vaxtlar Polşa və Litva, yəni NATO-nun üzvləri olan ölkələrin sərhədində yerləşən Rusiya anklavı Kalininqrad vilayəti ilə bağlı diskussiyalar yenidən gündəmdədir.

Şərqi Avropa Tədqiqatları Mərkəzinin (SİVE) analitiki Laurinas Kaşyunasın sözlərinə görə, vilayət SSRİ dövründə müvəqqəti olaraq Rusiyanın nəzarətinə verilib və bu müddət çoxdan başa çatıb.

“Krımı tutan və Ukraynanın şərq ərazilərinə müdaxilə edən Rusiya dövlət sərhədlərinin bütövlüyü haqqında beynəlxalq razılaşmaları pozur. Bu isə Rusiyaya xatırlatmaq üçün əsas verir ki, Karalyauçus (Kalininqradı Litvada belə adlandırırlar – red.) 1945-ci ildə keçirilən Potsdam konfransında 50 il müddətinə icarəyə verilib. Əlli illik müddət çoxdan keçib və bu məsələni qaldırmaq üçün dəqiq əsaslar var. Amma bunu etməyə dəyərmi?” – deyə vurğulayıb.

L.Kaşyunas hesab edir ki, Qərb Karalyauçusın statusu məsələsini qaldırmağa cəsarət etməyəcək: “Ona görə ki, Rusiya bir neçə dəfə nüvə silahından istifadə edəcəyi barədə xəbərdarlıq edib. Karalyauçus konsepsiyası 2005-ci ildə daha canlı idi, amma o sakitləşdi. Çünki Moskva bu ideyanın inkişaf etdirilməsinə icazə vermədi. Rusiya anladı ki, Karalyauçusun muxtariyyətinə görə müxtəlif nüanslar yarana bilər. Moskva bu oyunlara son qoymağa qərar verdi və xəbərdarlıq etdi ki, faktiki olaraq hər şey onun qərarlarından asılıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm