• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Gülənin lüks avtomobili ortaya çıxdı – FOTOLAR

  • Dünya
  • 2 Sentyabr 2016 12:41
  • 914 Baxış
Gülənin lüks avtomobili ortaya çıxdı – FOTOLAR

“FETÖ” terror təşkilatının rəhbəri Fətullah Gülənin ABŞ-da onunla görüşmək istəyən futbolçu və digər idmançıları lüks avtomobillə yaşadığı Pensilvaniyaya gətirməsi faktı ortaya çıxıb.

Publika.az Türkiyənin “Axşam” qəzetinə istindən xəbər verir ki, Gülənin qonaqları üçün nəzərdə tutulan “Chevrolet Suburban” model avtomobilində “VİP” xidmətləri də olub.

Fətullah Gülən bu avtomobillə daha çox Nyu-Yorkdan Pensilvaniyaya gələn qonaqlarının aparılıb-gətirilməsi üçün göstəriş verib. Hətta, Fətullah Gülən bu işlə bağlı Önal Ailesinə tapşırıqlar veribmiş.

Türkiyə Milli Komandasının bir qrup futbolçusu 2010-cu ildə Fətullah Gülənlə görüşə gedən zaman da məhz sözügedən avtomobillə Pensilvaniyaya çatdırılıb.

Fətullah Gülənin özünün də bəzən gəzdiyi bu avtomobilin zirehli olduğu iddia edilir.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR