Bu XƏRİTƏ Qərbi dəli edəcək – FOTO
Bizi izləyin

Dünya

Bu XƏRİTƏ Qərbi dəli edəcək – FOTO

Türkiyənin avqustun 24-də başladığı “Fərat Qalxanı” əməliyyatında 400 kvadrat kilometrlik ərazi ələ keçirilib.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Azad Suriya Ordusunun məlumatına görə, bu ərazinin çoxu YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin qanadı – red.) alınan kəndlərdir.

Hər fürsətdə ABŞ-a “YPG Fərat çayının şərqinə çəkiləcək” öhdəliklərini xatırladan Türkiyə YPG-yə aid mövqeləri vurmağa başlayıb. Ankaranın yaxından dəstəklədiyi Azad Suriya Ordusunun birlikləri ilə YPG arasında şiddətli qarşıdurmalar baş verib, bəzi YPG-lilər öldürülüb, bəziləri də tutulub.

Cerablus əməliyyatına qatılan və Azad Suriya Ordusunun tərkibində döyüşən “Faylak-us Şam” qrupunun “Twitter” hesabında alınan kəndlərin adları və kimdən alındığı ilə bağlı məlumatlar yerləşdirilib. Məlumata görə, indiyə kimi 47 kənd ələ keçirilib.

Bunlardan 20-si İŞİD-dən alınıb, digər 27 kənd isə Münbiç əməliyyatı zamanı Fəratın şərqindən qərbinə keçən YPG-nin ələ keçirdiyi ərəb və türkman kəndləridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm