Braziliyanın ilk ərəb prezidenti və ondan 42 yaş cavan xanımı - FOTOLAR
Bizi izləyin

Dünya

Braziliyanın ilk ərəb prezidenti və ondan 42 yaş cavan xanımı - FOTOLAR

Dünən Braziliya parlamenti müvəqqəti olan prezidentlik postundan kənarlaşdırılan Dilma Russefin yekun impiçmenti barədə qərar verdi.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, vergidən yayınmada və 2014-cü ilin seçki kampaniyasında büdcə vəsaitlərindən istifadə etməkdə təqsirləndirilən xanım prezidentin vəzifədən kənarlaşdırılmasının lehinə 61, əleyhinə isə 21 senator səs verdi.

Həmin gün vitse-prezidenti Mişel Temer Senatın əsas zalında keçirilən rəsmi inaqurasiya mərasimi ilə yeni vəzifəsinin icrasına başladı. O 2019-cu il yanvarın 1-dək, Dilma Rusefin səlahiyyət müddətinin bitməli olduğu tarixə qədər ölkəyə rəhbərlik edəcək.

Maraqlı məqam ondan ibarətdir ki, 75 yaşlı Mişel Temer Braziliya tarxində ilk ərəb mənşəli prezident olacaq.


Mişel Temerin həyat haqqında maraqlı məqamlar

Mişel Migel Elias Temer Lulia 1940-cı il sentybarın 23-də Braziliyanın San-Paulu ştatındakı Tiete şəhərində anadan olub. Temer ailəsi 1925-ci ildə Livanın şimalındakı Baaka şəhərindən Braziliyaya köç etmişdi. Xristian ərəblərdən (maronit) sayılan bu ailə ata-ana və 8 övladdan ibarət olub.

Mişel Temer orta təhsildən sonra San-Paulu Universitetinin hüquq fakultəsini bitirib. O, hüquq elmləri doktoru elmi adı alıb.

1964-cü ildə 24 yaşlı Mişel Temer siyasi fəaliyyətə başlayıb. O, San-Paulu ştatının təhsil katibliyində çalışdıqdan sonra 1970-cfi ildə dövlət ittihamçısı olur.

1983-cü ildə San-Paulu ştatının baş prokuroru, İctimai Təhlükəsizlik Departamentinin rəisi və s. vəzifələrdə çalışır. Bu dövrdə ölkədə qadınlardan ibarət ilk polis bölməsi, piratçılığa qarşı milli büro və s. yeniliklər tətbiq olunub.

1987-2010-cu illərdə Mişel Temer 6 dəfə San-Paulu ştatından deputat seçilib. 2001-ci ildə ərəb mənşəli braziliyalı siyasətçi Braziliya Demokratik Hərəkatı Partiyasının sədri seçilib. 2010 və 2014-cü illərdə isə prezident Dilma Rusef tərəfindən vitse-prezident postuna gətirilib.

Maraqlıdır ki, Livandan və Suriyadan Braziliyaya köçmə prosesi kütləvi olub. Bu gün ölkədə 10 milyondan artıq ərəb mənşəli insan var.

75 yaşlı Mişel Temerin prezident seçilməsi ilə ondan 42 yaş gənc xanımı Marsela Temer Braziliyanın birinci ledisi olub. Qalmaqallı model həyatı və açıq-saçıq görüntüləri ilə ölkə ictimaiyyətində qıcıq yaradan Marsela bahalı daş-qaş, eksklüziv paltlarlar və ən elitar maşın markaları ilə görünməyi sevir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm