İslam Kərimovun dəfnində kimlər iştirak edəcək?
Bizi izləyin

Dünya

İslam Kərimovun dəfnində kimlər iştirak edəcək?

Tacikistan prezidenti Emomali Rahmon sentyabrın 3-də İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Assoşeyted press” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Emomali Rəhmonu kiçik rəsmi nümayəndə heyəti müşayiət edəcək.

Qeyd edək ki, Özbəkistan tərəfi rəsmi informasiya verməsə də, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Con Kerrinin dəfndə iştirak etmək üçün Özbəkistana gələcəyi haqda məlumatlar yayılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm