Baltikyanı ölkələr neçə işğal edilir: Azərbaycandan...
Bizi izləyin

Dünya

Baltikyanı ölkələr neçə işğal edilir: Azərbaycandan...

Fətullahçı Terror Təşkilatı (FETÖ) Baltikyanı ölkələr olan Litva, Latviya və Estoniyada təhsil, mədəniyyət və iş sahələrində fəaliyyət göstərir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun bu ölkələrdəki ən əhəmiyyətli təşkilatı Baltik Türk Mədəniyyət Akademiyasıdır (BALTURKA).

Mədəniyyət və sənət adamlarına təsir etməyə çalışan BALTURKA-nın ölkə xaricində bir çox tərəfdaşı var. İshak Akay və Halil İbrahim Akın rəhbərlik etdiyi i BALTURKA-nın rəsmi saytında Türkiyədən bəzi bələdiyyələrlə yanaşı, Vilnüs şəhər bələdiyyəsi, Mykolas Römeris Universiteti (MRU), Vilnüs Gediminas Texniki Universiteti (VGTU) və “Erasmus” tələbə mübadiləsi proqramı tərəfdaş kimi göstərilir.

Təhsil sahəsində isə Polşa və Latviyada olduğu kimi Litvanın paytaxtı Vilnüsdə də Beynəlxalq Meridian Məktəbi fəaliyyət göstərir. Ən bahalı məktəblərdən olan Beynəlxalq Meridian Məktəbində Litvanın zəngin ailələrinin övladları təhsil alır.

FETÖ Litvada Təhsil Elmləri Universiteti (LEU) ilə əməkdaşlıq edir. Əvvəlki adı Pedaqoji İnstitut olan universitet Türkiyə və Azərbaycanda FETÖ-ya aid məktəb və universitetlərdən tələbələri qəbul edir.

Baltikyanı ölkələrin ərazisi və əhalinin sayı kiçik olmasına baxmayaraq, FETÖ Latviya və Estoniyada da öz təsirini təmin etməyə çalışır. FETÖ Latviyanın paytaxtı Riqada mədəniyyət mərkəzi və Beynəlxalq Meridian Məktəbi adı altında fəaliyyət göstərir. Beynəlxalq Meridian Məktəbi Latviyada ən bahalı təhsil müəssisələrindən hesab olunur.

Şimali Baltik ölkəsi Estoniyada FETÖ-ya aid Beynəlxalq İş Mədəniyyəti və Təhsil Dərnəyinin (EESTÜRK) olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm