Yanukoviç Ukraynaya veriləcəkmi?
Bizi izləyin

Dünya

Yanukoviç Ukraynaya veriləcəkmi?

Yanukoviç Ukraynaya veriləcəkmi?

Rusiya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin təhvil verilməsi ilə bağlı rəsmi Kiyevin tələbini yerinə yetirmək fikrində deyil.

Publika.Az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya baş prokuroru Yuri Çayka Viktor Yanukoviçin Ukraynaya ekstradisiyası üçün heç bir əsas görmədiyini bildirib.

“Biz onun ekstradisiyası üçün əsaslar görmürük. Bizim məlumatlarımıza görə, Viktor Yanukoviç heç bir cinayət törətməyib”, - Rusiya baş prokuroru bildirib.

O, əlavə edib ki, Moskva əvvəlki kimi V.Yanukoviçi qanuni prezident hesab edir. Baş prokuror Ukraynanın yeni rəhbərliyin silahlı çevriliş nəticəsində hakimiyyətə gəldiyini söyləyib.

Xatırladaq ki, Ukrayna Ali Radası 22 fevral 2014-cü il tarixində Viktor Yanukoviçi hakimiyyətdən kənarlaşdırıb. Rusiyaya sığınan Yanukoviç özünü hələ də ölkəninn qanuni prezidenti hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm