Dörd televiziya kanalı bağlana bilər
Bizi izləyin

Dünya

Dörd televiziya kanalı bağlana bilər

Yunanıstan hökuməti tənqidlərə baxmayaraq dörd ictimai televiziya kanalının lisenziyasını hərraca çıxarıb. Bu qərarla razı olmayan etirazçılar hökumətin kanallara nəzarəti ələ keçirmək niyyətinin olduğunu qeyd edirlər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras bildirib ki, bu addım yüksək borcları olan və siyasi əlaqələrdə günahlandırılan kanallarda intizamın yaranmasına kömək edəcək.

Yunanıstanda səkkiz ictimai televiziya kanalı fəaliyyət göstərir. Bunlardan dördü hərracdan sonra fəaliyyətini dayandıracaq. Hərracda başlanğıc qiymət 3 milyon avro müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm