Sarkisyan separatçıları başına yığdı - Rəsmi Tiflis araşdırmaya başladı - FOTO
Bizi izləyin

Dünya

Sarkisyan separatçıları başına yığdı - Rəsmi Tiflis araşdırmaya başladı - FOTO

Sentyabrın 2-də Facebook sosial şəbəkəsində Ermənistan prezidenti Serj Sarkisyanın və qondarma Abxaziya respublikasının vitse-prezidenti Vitaliy Qabniyanın birgə fotoları yayılıb.

Foto Qarabağdakı qondarma "respublikanın" 25 illiyinə həsr olunmuş təntənəli tədbirdə çəkilib. Fotonu özünü Abxaziyanın "Xarici İşlər Nazirliyi" adlandıran qurumun müdir müavini Kan Taniya yayıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatın yoxlandığını bildirib. "Məlumat həm Ermənistanın Gürcüstandakı səfirliyində, həm də Gürcüstanın Ermənistandakı səfirliyində araşdırılır. Ermənistanın Tbilisidəki diplomatik missiyası bu məsələ ilə bağlı açıqlama verməyi planlaşdırır", - şöbənin nümayəndəsi bildirib.

Ermənistan Milli Assambleyasının spikeri Qalust Saakyanın qondarma Cənubi Asetiya respublikasının parlamentinin sədri Anatoli Bibilovla keçənilki görüşü rəsmi Tiflisin kəskin tənqidlərinə məruz qalmışdı.

Ermənistan səfiri Xarici İşlər Nazirliyinə çağrılmış, onun Ermənistandakı gürcü həmkarı isə ölkə başçısına "son dərəcə narahatlığını" ifadə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm